“Ya pul verin, ya da hərbi bazalarınızı yığışdırın”


Dünya 19 İyn 2018 22:18:00 407 0

“Ya pul verin, ya da hərbi bazalarınızı yığışdırın”

Politoloq Stepan Qriqoryana inansaq, Ermənistan Gümrüdə Rusiya hərbi bazasının yerləşdiyi torpaq sahəsinə görə icarə haqqını artırmağa hazırlaşır.

Son.az virtualaz.org-a istinadən bildirir ki, Qriqoryan baş nazir Nikol Paşinyanın həyat yoldaşının baş redaktoru olduğu "Haykakan jamanak" qəzetində dərc etdirdiyi və Ermənistan-Rusiya münasibətlərinə həsr olunmuş məqaləsində hesab edir ki, Rusiya hərbi bazaları üçün təmənnasız və müddətsiz torpaq sahəsi ayrılması ədalətsiz və misli görünməmiş hadisədir. O qeyd edir ki, hətta Rusiyaya heç də az "sadiq" olmayan Belarus, Tacikistan və Qırğızıstan da öz ərazilərində Rusiya hərbi bazalarının yerləşdirilməsinin müqabilində xeyli məbləğdə pul alırlar.

Metsamor AES-in Rusiyanın ixtiyarına verilməsi, bir sıra iri sənaye obyektlərinin və az qala ölkənin bütün energetika sisteminin Rusiyaya "hədiyyə" edilməsi ona gətirib çıxarıb ki, Ermənistan regionda bütün əsas "kozır"larını həmişəlik itirib. Eyni zamanda, Ermənistanda mövqelərini xeyli möhkəmləndirdikdən sonra Rusiya atom yanacağının qiymətlərini kəskin qaldırıb və atom-elektrik stansiyasının bağlanmasından əldə edə biləcəyi bütün üstünlüklərdən istifadə etməyə çalışır.