7 nəfər reanimasiyadadır, qalanlar evə buraxılı”


Digərləri 19 İyn 2018 20:17:00 287 0

7 nəfər reanimasiyadadır, qalanlar evə buraxılı”

"İmişlidə pambıq sahəsində baş verən zəhərlənmə ilə əlaqədar rayon xəstəxanasına rəsmi olaraq 111 nəfər müraciət edib".

Son.az modern.az-a istinadən bildirir ki, bunu hazırda İmişli rayonunda olan Milli Məclisin deputatı Çingiz Qənizadə bildirib:

"Rəsmi müraciət edənlərin 74 nəfərindən qan və sidik nümunələri götürülərək müayinə olunmaq üçün Bakıya göndərilib. Fəhlələrin böyük əksəriyyətinə ilkin tibbi yardım göstərilib və evə buraxılıblar. Hazırda İmişli rayon Mərkəzi Xəstəxanasında 7 nəfər reanimasiyadadır. Mən onların hər biri ilə görüşdüm. Tam məsuliyyətlə deyirəm ki, səhhətləri yaxşıdır. Yəqin bir neçə saatdan sonra həmin şəxslər də evə buraxılacaq. Pambıq sahəsində zəhərlənənlərin sayı bağlı səsləndirilən müəyyən fikirlər həqiqətə uyğun deyil".


Xəbərə aid fotolar