Abşeronda piyadanı maşın vuraraq qaçıb


Digərləri 19 İyn 2018 19:41:00 274 0

Abşeronda piyadanı maşın vuraraq qaçıb

Hadisə Saray qəsəbəsində baş verib

Abşeron rayonunda piyadanı maşın vuraraq qaçıb.

Son.az "Report"a istinadən bildirir ki, 1985-ci il təvəllüdlü rayon sakini Quliyev Samir Məmmədqulu oğlu Saray qəsəbəsində yolu keçərkən onu naməlum avtomobil vurub.

Daha sonra sürücü hadisə yerini tərk edib. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.