Şamaxıda dava: üç qardaş əmisini xəstəxanalıq ediblər VİDEO


Digərləri 19 İyn 2018 19:24:00 408 0

Şamaxıda dava: üç qardaş əmisini xəstəxanalıq ediblər  VİDEO

Söyüş üstündə başlayan mübahisə dava ilə nəticələnib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, üç qardaş əmilərini xəstəxanalıq edib. Qohumlar arasında baş verən dava zamanı bir nəfər ağır xəsarət alıb.

Hadisə Şamaxı rayonunun Bağırlı kəndində olub. Kənd sakini, 43 yaşlı Bəhərçin Almirzəyev baş və bədənin müxtəlif nahiyələrinin çapılmış-əzilmiş yarası diaqnozu ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Bəhərçin Almirzəyev qardaşının oğlanları Adəm, Qorxmaz və Elşən Almirzəyev tərəfindən ağacla və yumruqla döyüldüyünü bildirib.

Bəhərçin Almirzəyev qeyd edib ki, qardaşı oğlanları əvvəlcə küçədə onun oğlunun qarşısını kəsərək ona nalayiq sözlər deyərək təhqir ediblər. O da qohumlarının yanına gedərək məsələyə aydınlıq gətirmək istəyib. Aralarında yaranan mübahisdən sonra dava düşüb.

Bəhərçin Almirzəyevin dediyinə görə, qardaşının ailəsi ilə əvvəlcədən münasibətləri normal olmayıb. Hadisə ilə baglı polisə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid video