Yeni boru kəmərləri Bakıya xarici bazara qaz tədarükünü artırmağa imkan verəcək


Digərləri 19 İyn 2018 16:40:00 283 0

Yeni boru kəmərləri Bakıya xarici bazara qaz tədarükünü artırmağa imkan verəcək

Yeni boru kəmərləri Bakıya xarici bazara qaz tədarükü həcmlərini artırmağa imkan verəcək.

Son.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Rusiyanın "Nezavisimaya qazeta" qəzetində yer alan məqalədə deyilir.

Məqalədə qeyd olunur ki, Azərbaycan son illərdə karbohidrogen ehtiyatlarının ixracatçısı rolunun möhkəmlənməsinə yönəlmiş enerji siyasətini həyata keçirir:

"Bu məsələnin həllinə Türkiyə ilə əməkdaşlığın genişləndirilməsi xidmət edir. Azərbaycan-Türkiyə əməkdaşlığı yeni qaz boruları layihələrinin icrasına başlamaq imkanı verdi".