İtaliyada 60a yaxın mafiya üzvü həbs edildi


Dünya 19 İyn 2018 15:00:00 272 0

İtaliyada 60a yaxın mafiya üzvü həbs edildi

İtaliyada kütləvi həbs həyata keçirilib.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, italyan və ispan polisi Roma ətrafında fəaliyyət göstərən mafiya qrupunun 58 üzvünü həbs edib. Məlumata görə, karabinlər, polis və ispan Mülki Mühafizə qvardiyası təkcə Romada yox, Sardiniya, Molize və Pyemont bölgələrində, eləcə də İspaniyada əməliyyat keçirib.

Bildirilir ki, saxlanılan mafiya qruplaşması üzvləri Montespakkato şəhərində narkotik alverinə nəzarət edib, çirkli pulların yuyulması ilə məşğul olub.