Azərbaycan OPEC və qeyriOPEC ölkələri nazirlərinin Vyana görüşündə təmsil olunacaq


Digərləri 19 İyn 2018 13:53:00 285 0

Azərbaycan OPEC və qeyriOPEC ölkələri nazirlərinin Vyana görüşündə təmsil olunacaq

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindonun dəvəti ilə energetika naziri Pərviz Şahbazov 21-23 iyun tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində səfərdə olacaq

.

Son.az Trend-ə istinadən bildirir ki, nazir Vyanada OPEC-in "Neft-Dayanıqlı gələcək üçün əməkdaşlıq" mövzusunda keçiriləcək 7-ci beynəlxalq seminarında iştirak edəcək.

Energetika nazirinin "Dünya iqtisadiyyatı üçün neftin gələcəyi" adlı beşinci sessiyada çıxışı nəzərdə tutulub. Bundan başqa energetika nazirinin Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 9-cu iclasında da iştirakı planlaşdırılır.

P.Şahbazov Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Nazirlər Şurasının 23 iyun 2018-ci il tarixində keçiriləcək 174-cü iclası çərçivəsində OPEC və qeyri-OPEC nazirlərinin 4-cü iclasına da qatılacaq.