Yuri Manvelyan: “General Manvel Qarabağdakı qarətdən varlanmağa başladı...”


Dünya 19 İyn 2018 13:10:00 318 0

Yuri Manvelyan: “General Manvel Qarabağdakı qarətdən varlanmağa başladı...”

Ermənistan bu ölkəni 20 il idarə etmiş Qarabağ klanının əsas dayaqlarından biri, deputat-respublikaçı, Azərbaycan ərazilərinin işğalına başçılıq edən və çoxsaylı hərbi cinayətlər törədərək ad çıxaran general, "Artsax qəhrəmanı" Manvel Qriqoryanın biabırçı sonunu müzakirə edir.

Son.az virtualaz.org-a istinadla xəbər verir ki, Ermənistan parlamentinin deputatı, Qarabağda xüsusi qəddarlığı ilə tanınmış digər bədnam "qəhrəman", 1999-cu ildə güllələlən səhra komandiri Vazgen Sərkisyanın qardaşı Aram Sərkisyan Manvel və onun kimi komandirləri Robert Köçəryanla Serj Sərkisyanın korladığını deyir.

"Bu "korladılar" sözü nə deməkdir? Cavab verirəm. Bu adamları qeyri-məhdud qüdrət və əmlak sahibi etdilər. Əvəzində isə hakimiyyəti bütün üsullarla müdafiə etməyi xahiş etdilər. Və bu adamlar şirnikləndi"-Sərkisyan deyib.

Aram Sərkisyanın sözlərinə görə 1999-cu ilə qədər, yəni Horadiz istiqamətində öz dəstəsi ilə dayanan vaxtlarda Manvelin Eçmiədzində heç evi də yox idi. 1999-cu il oktyabrın 27-dən (parlamentdə Vazgen Sərkisyanın və digərlərinin güllələnməsindən) sonra Robert Köçəryan onu Yerevana apardı, general-leytenant rütbəsi verdi, müdafiə nazirinin müavini təyin etdi və sərvətə qeyri-məhdud çıxış imkanı açdı.

"O da bu sınağa dözmədi. Söhbət təkcə Manveldən getmir. Yeri gəlmişkən o sərvətini hamının gözləri önünə sərirdi. Bəs gözə dəyməməyə üstünlük verəcək qədər "ağıllı" olan başqalarının nə qədər kapitalı var?"-deputat sual edib.


Xəbərə aid fotolar