Qubada heyvan oğrusu ələ keçdi


Digərləri 19 İyn 2018 11:51:04 302 0

Qubada heyvan oğrusu ələ keçdi

Qubada heyvan oğrusu saxlanılıb.

Bakı. Qubada heyvan oğrusu saxlanılıb. ​Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Trend-ə verilən məlumata görə, Quba rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Rustov kənd sakini Ağalar Bayramovun həyətindən 2 baş xırda buynuzlu heyvanını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun həmin kənd sakini Mahir Həsənov olduğu müəyyən edilib. Ətraflarında aparılan tədbirlərlə onun digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, M.Həsənovun 2017-ci ilin mart ayından cari ilin may ayına qədər olan müddətdə həmkəndlilərinə məxsus 4 baş iribuynuzlu və 2 baş xırdabuynuzlu heyvanı oğurlaması da müəyyən edilib.