Azərbaycanda “Ford” alışdı, sürücü içində


Digərləri 19 İyn 2018 09:25:00 210 0

Azərbaycanda “Ford” alışdı, sürücü içində

Bakıda ev, Goranboyda “Ford” markalı avtomobil yanıb

Bakıda ev, Goranboyda "Ford" markalı avtomobil yanıb.

Son.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 65 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 12 m² və ev əşyaları, digər otağın dam örtüyünün yanar konstruksiyaları 4 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Goranboy rayonu, Aşağı Ağcakənd kəndində "Ford" markalı avtomobilinin mühərrikində elektrik avadanlıqları yanıb. Yanğın zamanı avtomobildə  köməksiz vəziyyətdə qalmış 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas olunub. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.