İki avtomobil toqquşub, xəsarət alanlar var


Digərləri 18 İyn 2018 23:16:00 367 0

İki avtomobil toqquşub, xəsarət alanlar var

Lənkəranda yol qəzası olub.

Son.az APA-ya istinadən bildirir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Qəza zamanı "10-LX-307" və "42-BJ-999" dövlət nömrə nişanlı iki "Mercedes" markalı minik avtomobili toqquşub. Nəticədə iki nəfər xəsarət alıb.

Bunlar Masallı rayonunun Boradig qəsəbə sakini, 1986-cı il təvəllüdlü Cavid Rafiq oğlu Novruzov və Lənkəran sakini, 1996-cı il təvəllüdlü Elvira Adıgözəl qızı Əlizadədir.

Yaralılardan C. Novruzovun vəziyyəti yüngül olduğundan ona hadisə yerində yardım göstərilib. E. Əlizadə isə təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.