Ayaqların şişməsi hansı dəhşətli xəstəliyin əlamətidir?


Digərləri 18 İyn 2018 22:35:00 336 0

Ayaqların şişməsi hansı dəhşətli xəstəliyin əlamətidir?

Ayaqlarda şişkinlik və ağrı əlamətləri ağciyər xərçənginin ilk əlaməti ola bilər.

Son.az xəbər verir ki, bu barədə döş cərrahiyyəsi üzrə türkiyəli mütəxəssis Özkan Demirhan məlumat verib. Onun sözlərinə ayaqlarda damar tıxanması varsa, onun yaranma səbəbləri mütləq araşdırılmalıdır. Çünki bu vəziyyət bir çox hallarda ağciyər xərçənginin ilk əlamətiləri hesab olunur.

Ekspert bildirib ki, ağciyər xərçəngindən əziyyət çəkən xəstələrin ayaqlarında şişkinlik və ağrılar tez-tez müşahidə olunur:

"Ayaqların şişməsi və ağrılar ağciyər xərçənginin əsas əlamətlərindən biridir. Odur ki, ayaqların şişməsinə laqeyd yanaşmaq olmaz. Bu bizə birbaşa xərçəngə bağlı laxtalanma pozğunluğu olduğunu göstərir. Çünki xərçəng xəstələrinin qanundakı struktur pozuntuları laxtalanmaya gətirib çıxarır.