Azərbaycanda baş vermiş dəhşətli qəzanın görüntüləri yayıldı VİDEO


Digərləri 18 İyn 2018 21:54:00 272 0

Azərbaycanda baş vermiş dəhşətli qəzanın görüntüləri yayıldı  VİDEO

Hacıqabulda baş verən qəzada ölən və xəsarət alan var.

Son.az bildirir ki, qəza Bakı-Qazax magistralının 115-ci kilometrliyində Hacıqabul şəhəri ərazisində qeydə alınıb.

"Tofaş" markalı "10 CC 011" dövlət nömrə nişanlı avtomobil sərt döngədə dəmir arakəsməyə çırpılıb.

Nəticədə sürücü - Lerik rayon sakini, 1990-cı il təvəllüdlü Şahpələngli Emil Sultanağa oğlu hadisə yerində ölüb, 6 yaşlı oğlu Əli isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. /xezerxeber.az

Videonu izləmək üçün şəklə klikləyin: