3 bacının yeganə qardaşı özünü asdı FOTO


Digərləri 18 İyn 2018 16:58:03 275 0

3 bacının yeganə qardaşı özünü asdı  FOTO

Bu gün günorta saatlarında Salyan şəhərinin "Plastik" yaşayış massivində intihar hadisəsi baş verib.

Son.az-ın virtualaz.org-a istinadən məlumatına görə, Ə.Quliyev küçəsindəki 5 mərtəbəli binanın sonuncu mərtəbəsində yaşayan 24 yaşlı Vüsal Nabil oğlu Abbasov özünü binanın çardağından asmaqla intihar edib.

Vüsal Abbasov ailədə 3 bacının yeganə qardaşı olub, rəngsaz işləyirmiş. Hələlik hadisənin hansı səbəbdən baş verdiyi müəyyən edilməyib. Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

Faktla bağlı araşdırma aparılır.