Hikmət Hacıyev: Yaqland daim ermənipərəstliyi və Azərbaycana qarşı qeyri-obyektiv mövqeyi ilə seçilib


Digərləri 18 İyn 2018 15:03:00 268 0

Hikmət Hacıyev: Yaqland daim ermənipərəstliyi və Azərbaycana qarşı qeyri-obyektiv mövqeyi ilə seçilib

Torbyorn Yaqland daim ermənipərəst mövqeyi və Azərbaycana qarşı qeyri-obyektiv mövqeyi ilə seçilib.

Bakı. Avropa Şurasının (AŞ) baş katibi Torbyorn Yaqland daim ermənipərəst mövqeyi və Azərbaycana qarşı qeyri-obyektiv mövqeyi ilə seçilib. Bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. O qeyd edib ki, Ermənistan XİN-in mətbuat katibinin sayəsində Avropa Şurası kuluarlarında T.Yaqland barədə hər kəsə bəlli olan bütün ictimaiyyətə məlum oldu: "Artıq iş o həddə çatıb ki, deyəsən, Avropa Şurasının baş katibi Ermənistan XİN-ə onun dilindən danışmağa vəkalət verib. Nəhayət, bütün maskalar yırtıldı". Qeyd edək ki, bir qədər əvvəl Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan T.Yaqlandın rəsmi Bakının AŞ-də üzvlüyünün dayandırılması prosesinə təşəbbüs göstərdiyini bildirib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin