ABŞda 5 miqrant yol qəzasında həlak olub


Dünya 18 İyn 2018 08:25:00 245 0

ABŞda 5 miqrant yol qəzasında həlak olub

ABŞ-ın Texas ştatında qeyri-leqal miqrantları daşıyan avtomobil sərhədçilərdən qaçmağa çalışarkən qəzaya uğrayıb.

Son.az Trend-ə istinadən bildirir ki, avtomobildə qəza zamanı sürücüdə daxil olmaqla 14 nəfər olub. Qəza nəticəsində 5 qeyri-leqal miqrant həlak olub, digərləri isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.