Yol polisi reyd keçirib: 30dan artıq sürücü cərimələnib VİDEO


Digərləri 17 İyn 2018 21:53:00 292 0

Yol polisi reyd keçirib: 30dan artıq sürücü cərimələnib  VİDEO

Baş Dövlət Yol Polis İdarəsi əməkdaşları Bərdədə reyd keçirib.

Son.az bildirir ki, reyd zamanı yol hərəkəti qaydalarını kobud şəkildə pozan, avtomobilin konstruksiyasında dəyişiklik edən xeyli sayda sürücü aşkarlanıb. Reyd zamanı həmçinin sürücülük hüququ olmadan avtomobil idarə edilməsi, sürət həddini aşma və digər qayda pozuntuları da aşkar edilib.

Sərxoş halda saxlanılan sürücülərdən biri 1 bakal pivə içdiyini deyərək özünə haqq qazandırmağa çalışıb.

Daha sonra isə polisə tabe olmayaraq avtomobilin sükanı arxasına əyləşmək istəyib.