Reytinq agentliyi: 2018ci ildə Azərbaycan iqtisadiyyatının real artımı 1,51,8 faiz təşkil edəcək


Digərləri 17 İyn 2018 19:16:00 277 0

Reytinq agentliyi: 2018ci ildə Azərbaycan iqtisadiyyatının real artımı 1,51,8 faiz təşkil edəcək

Rusiyanın AKPA reytinq agentliyi 2018-ci ildə Azərbaycan iqtisadiyyatının real artımının 1,5-1,8 faiz təşkil edəcəyini gözləyir.

Son.az bildirir ki, bu barədə Trend-ə AKPA Tədqiqat və Proqnozlaşdırma Qrupunun direktor müavini Jannur Aşıqəli bildirib.

Onun sözlərinə görə, artıq 2019-cu ildə iqtisadiyyatın real artımı 2-2,5 faizə qədər yüksələcək. Qeyd edək ki, AKPA-nın proqnozları ümumi daxili məhsulun 1,5 faiz artacağını gözləyən Azərbaycan hakimiyyətinin proqnozları ilə üst-üstə düşür - hakimiyyət 2019-cu il üçün iqtisadiyyatın 4 faiz artacağını proqnozlaşdırır.