Mətanət "Maşın"ın final gecəsinə çağrılmama xəbərindən danışdı


Şou-biznes 17 İyn 2018 18:54:00 353 0

Mətanət "Maşın"ın final gecəsinə çağrılmama xəbərindən danışdı

Aparıcı Mətanət Əliverdiyevanın "Maşın" şounun final gecəsinə dəvət olunmadığı haqda xəbər yayılıb. 

Son.az bildirir ki, axşam.az-a açıqlama verən Əliverdiyeva çəkilişi olduğu üçün verilişə qatıla bilmədiyini deyib:

"İstəyirsiniz "M group"un əməkdaşları ilə əlaqə saxlayıb soruşun. Mən və digər iştirakçılar dəvət olunmuşduq. Biz düşmən deyilik ki... Çağırmayıblar nə sözdür? Orada heç kimlə düşmənçiliyim yoxdur. Oradakıların hamısı mənim dostumdur. Bircə Aytən Səfərova ilə aramız yaxşı deyil. Mənim onunla münasibətim yoxdur. Çoxdan olan söz-söhbətdir, ANS-in vaxtından. Aytəni 1997-ci ildən tanıyıram. Onu yaxşı tanıdığım üçün həmin sözləri deyirdim. Rozası da, Pərvini də onun üzünü gördülər sonra.