İcra başçısı: Tərtərdə pambıq sahəsində zəhərləndiyi deyilən 14 nəfərin hamısı evə buraxılıb


Digərləri 17 İyn 2018 18:29:07 248 0

İcra başçısı: Tərtərdə pambıq sahəsində zəhərləndiyi deyilən 14 nəfərin hamısı evə buraxılıb

Tərtərdə pambıq sahəsində zəhərləndiyi deyilən 14 nəfərin hamısı evə buraxılıb.

Bakı. Samir Əli - Tərtər rayonunda pambıq sahələrindən birində zəhərləndiyi deyilən 14 nəfərin vəziyyəti yaxşıdır, onların hamısı evə buraxılıb. Bu barədə Trend-ə rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib. M.Məmmədov bildirib ki, zəhərlənən şəxslərdən müəyyən analizlər götürülüb: "Analizlərin nəticələri onların qanlarında hər hansı zəhərli maddənin aşkar olmadığını göstərib".