"Qızlar özlərini daha çox istədir" Mənim balam FOTO


Şou-biznes 17 İyn 2018 15:17:00 360 0

"Qızlar özlərini daha çox istədir"  Mənim balam  FOTO

İslam Mehrəliyev: "İşlərim çoxdur deyə, uşaqlarımı başlı-başına buraxmıram" 

Son.az kaspi.az-a istinadən müsahibəni təqdim edir.

Şagirdlərin həyatının ən yaddaqalan günlərindən olan "Son zəng" bayramı keçdi. Məktəb həyatı ilə vidalaşıb, gələcəyə doğru iri addımlar atan məzunların xoş günündə tanınmış aktyor, aparıcı İslam Mehrəliyevlə söhbət etdik. Aktyor bizimlə söhbətində öz məktəb illərini xatırladı.

Tanınmış aktyordan nəinki öz uşaqlığını, övladlarını da xəbər aldıq. Bu dəfə onu aktyor kimi deyil, bir ata kimi tanımağa çalışdıq. İki övlad atası olan İslam Mehrəliyev gününün çoxunun çəkilişlərdə keçməsinə baxmayaraq, uşaqları ilə məşğul olmaq üçün onlara da zaman ayırdığını deyir. İyunun 13-də qızı Məryəmin 1 yaşı tamam olan aktyor qız atası olmağın məsuliyyətindən danışdı. 2 yaşlı oğlu Məhəmmədəlinin isə ilk övlad kimi nəslinin sevimlisi olduğunu deyir.    - İslam bəy, siz öz məktəb illərinizi necə xatırlayırsınız?

- 1993-2003-cü illərdə Bakı şəhəri, Yasamal rayonu 172 saylı orta məktəbdə təhsil almışam. Bacımla bir sinifdə oxumuşam və onunla bir parta arxasında oturmuşuq. Məktəb illərində çox sakit idim. Valideynlərim deyir ki, heç zaman səndən bizə söz gəlməyib. Düzdür, məktəbdə o qədər də yaxşı oxumamışam. Ancaq müəllimlərim məndən narazılıq etməyiblər, heç kimlə işim olmayıb. Elə o vaxtımdan bilirdim ki, gələcəkdə aktyor olacağam. Qarşıma məqsəd qoymuşdum. Ancaq məktəbimizdə bayram tədbirlərində və özəl günlərdə heç vaxt mənə iştirak etməyə imkan vermirdilər (gülür). Həmişə tədbirlərdə mənim yerimə başqası iştirak edirdi.

- "Son zəng" bayramınızı necə xatırlayırsınız?

- Mənim "Son zəng"im çox sönük keçib. Həmin gün qeyri-adi heç nə olmadı. O illər uşaqları şəhərə çıxmağa qoymurdular. Çünki şəhərə böyük axın var idi. Biz də sinif yoldaşlarımızla kiçik bir məkanda "Son zəng"imizi qeyd etdik.    - İyunun 13-də qızınız Məryəmin bir yaşı tamam oldu. Sizi təbrik edirik.

- Təşəkkür edirəm. Ötən il iyunun 13-də həm "Maşın şou"da qalib olmuşdum, həm də qızım dünyaya gəlmişdi. İyunun 13-ü həyatımda ən yaddaqalan gün oldu.

- Məryəmin ruzisi özü ilə birlikdə gəlib.

- Elədir. Qazandığım maşını hələ də saxlayıram. O gündən sonra bir çox saytlarda yazıldı ki, İslam qazandığı maşını satıb borcunu ödəyib. Bəziləri də yazmışdılar ki, maşınını sataraq iştirakçılar arasında pulunu bölüblər. Ancaq məsələ elə deyil, qazandığım həmin maşını saxlayıram. Vaxtaşırı qızımı da o maşınla gəzdirirəm.

- Bir ata olaraq övladlarınız üzərində hansı məsuliyyət daşıyırsınız?

- İnsan valideyn olduqdan sonra özü üçün deyil, övladları üçün yaşayır. Bu baxımdan uşaqları gələcək üçün yaxşı və vətənpərvər bir vətəndaş kimi yetişdirmək bizim borcumuzdur. Açığını desəm, onların tərbiyəsi ilə həyat yoldaşım məşğul olur. Çəkilişlərdə olduğum üçün övladlarımın hər anına nəzarət edə bilmirəm. Ancaq evdə olduğum müddətdə uşaqlarla maraqlanıram və ciddi şəkildə onlarla məşğul oluram.

- Ancaq sizə kənardan baxanda demək olmaz ki, uşaqlarınıza qarşı çox sərtsiniz.

- Çox adam elə deyir. Elə bilirlər ki, efirdə, filmlərdə hansısa bir zarafatı edirəmsə, ailə ortamında da həmin zarafatı edirəm. Ancaq unutmaq olmaz ki, ev başqa, sənət başqadır. Uşaqlarımız gələcəyin quruculardır, onlara zaman ayırmaq lazımdır. İşlərim çoxdur deyə, uşaqları da başlı-başına buraxmıram. Biz uşaqlarla ciddi məşğul oluruq.

- Qız övladının daha şirin olduğunu və ataların qızlarını daha çox istədiyini deyirlər. Bəs sizin ailədə vəziyyət necədir?

- Məhəmmədəli evimizin ilk övladı idi deyə, onu çox istəyir, marağımızı, sevgimizi ona verirdik. Ancaq Məryəm dünyaya gəldikdən sonra sevgimiz ikiyə bölünüb. Məryəm məni görən kimi üzərimə qaçır, sarılır. İndi yavaş-yavaş danışmağa da başlayıb deyə daha da şirin olub.

- Belə başa düşdüm ki, Məryəmi daha çox istəyirsiniz?

- Elədir. Məryəm daha şirindir. Özünü istətməyi bacarır.

- Oğlunuz gələcəkdə bu müsahibəni oxusa, sizi ittiham edə bilər.

- (gülürük) Məhəmmədəli ilkimizdir. Valideynlərimin ilk nəvəsidir. Ona görə evdə hamı onu çox sevir, elə mən özüm də. İnsan balasını bir-birindən necə ayıra bilər? Ancaq nə məsələdirsə, qızlar özlərini daha çox istədirlər.   - Övladlarınızın şəkillərini sosial şəbəkədə çox az paylaşırsınız. Göz-nəzərdənmi qorxursunuz?

- Uşaqlarımın və ailəmin şəklini paylaşmağı sevmirəm. Əgər bu səhifə mənimdirsə, orda gündəlik şəkillərimi paylaşıram. Və övladlarımın şəklini güdəlik paylaşıb, kiməsə nəyisə göstərmək istəmirəm. Hərdən övladlarımın rəsmini paylaşıram və bu da mənə kifayət edir.

- Qızınızla eyni gündə doğulmusunuz?

- Məryəmlə eyni ayda doğulmuşuq. İyunun 13-ü qızımın, 19-u isə yoldaşımla mənim doğum günümdür.

- Onda öz doğum gününüzdə də hədiyyə almalı olursunuz.


Xəbərə aid fotolar