Qarabağ münaqişəsini başlayanlardan biri öldü


Dünya 17 İyn 2018 14:19:00 246 0

Qarabağ münaqişəsini başlayanlardan biri öldü

Separatçı ermənilərin “Qarabağ” hərəkatının liderlərindən biri ölüb

Yerevanda "Qarabağ" Komitəsinin ilk rəhbəri, separatçı ermənilərin "Qarabağ" hərəkatının qurucularından biri İqor Muradyan ölüb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Muradyan uzun sürən xəstəlikdən sonra ölüb. O, son vaxtlar ABŞ-da müalicə kursu keçirmiş.

Muradyan "Qarabağ" Komitəsinin yaradılmasının təşəbbüskarı olub. 1988-ci ildə qurumun rəhbərliyindən uzaqlaşıb. 1990-1995-ci illərdə Ermənistan Ali Sovetinin (parlament) deputatı olub. Müxtəlif nəşrlərdə siyasi analizlərlə çıxış edib.