"Əvvəldən plan qurduq ki, maşını mən qazanacam"


Şou-biznes 17 İyn 2018 13:38:00 257 0

"Əvvəldən plan qurduq ki, maşını mən qazanacam"

Müğənni Roza Zərgərli "Maşın" şouda qalib olduqdan sonra "Zaurla Günaydın" verilişinin qonağı olub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi şoudakı vəziyyətdə, qalib olmasından danışıb:

"Bizim aramızda sözləşmə oldu. Şou başlayandan plan qurduq ki, üçümüz finala gedirik və maşını mən qazanacam, xeyriyyəyə verəcəm. Oradakıların hamısı deyirdi ki, beşliyə qədər gedək, bəsdir. Amma yalan deyirdilər. Bir gündə Aytənlə Pərvini ələdim ey mən. 10 dəqiqənin içində plan qurdum. Urana dedim ki, Aytən Səfərovanı çıxart, Pərvin Abıyevanı əlini götüzdürəcəm. Mənə deyirdilər dostumsan, xeyriyyə üçün sənə kömək edəcəyik.