MN: Xankəndi üzərində guya Ermənistana məxsus “qırıcı” təyyarələrin uçuşlar keçirməsi düşmənin növbəti informasiya avantyurasıdır


Digərləri 17 İyn 2018 13:25:00 250 0

MN: Xankəndi üzərində guya Ermənistana məxsus “qırıcı” təyyarələrin uçuşlar keçirməsi düşmənin növbəti informasiya avantyurasıdır

Bu gün bəzi yerli elektron informasiya vasitələri guya Xankəndi üzərində Ermənistana məxsus “qırıcı” təyyarələrin uçuşlar keçirməsi ilə bağlı erməni mətbuatının yaydığı xəbəri tirajlayıb.

Bakı. Bu gün bəzi yerli elektron informasiya vasitələri guya Xankəndi üzərində Ermənistana məxsus “qırıcı” təyyarələrin uçuşlar keçirməsi ilə bağlı erməni mətbuatının yaydığı xəbəri tirajlayıb. Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata əsasən, Azərbaycanın Hava Hücumundan Müdafiə Qoşunlarının radiolokasiya stansiyaları ölkəmizin hava məkanını, o cümlədən Xocalı aeroportunu daim nəzarətdə saxlayır, hərəkət edən bütün aviasiya vasitələri izlənilir və istənilən uçuşların marşrutları barədə məlumatlar dərhal avtomatik rejimdə HHQ-nin Komanda Məntəqəsinə ötürülür.