Biləsuvarda ağır qəza: 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb


Digərləri 16 İyn 2018 22:52:00 262 0

Biləsuvarda ağır qəza: 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Biləsuvarda yol qəzası nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Son.az FHN-in saytına istinadən bildirir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Biləsuvar rayonunda "Mercedes" və "VAZ" markalı minik avtomobilləri toqquşub. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri "Mercedes" markalı minik avtomobilində sıxışmış vəziyyətdə qalmış sürücünün cəsədini, xəsarət almış 2 nəfər sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.