Makron və Ərdoğan telefon danışıqları apardı


Dünya 16 İyn 2018 22:56:00 349 0

Makron və Ərdoğan telefon danışıqları apardı

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan və Fransa prezidenti Emanuel Makron telefonla görüşdü.

Son.az Trend-ə istinadən bildirir ki, görüşdə ikitərəfli və regional məsələlər üzrə fikir mübadiləsi aparıldı.

Suriyadakı son hadisələr, terrorla mübarizə və qaçqın məsələlərin yer aldığı danışıqda, regional problemlərin həlli zamanı ikitərəfli işbirliyinin əhəmiyyətinə xüsusi diqqət yetirildi. Ölkə başçıları, Türkiyə ilə Fransa arasındakı əlaqələrin inkişaf etdirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğuladı.