Bakıda heyvanları istidən belə qoruyurlar VİDEO


Digərləri 16 İyn 2018 21:21:00 290 0

Bakıda heyvanları istidən belə qoruyurlar  VİDEO

Havaların isti keçməsi onlarada ziyan vura bilər. Söhbət Bakı Zooparkında olan xüsusilədə qiymətli heyvanlardan gedir. Bəs Zooloji Parkda heyvnaların istidən qorunması üçün hansı şərait yaradılıb?

Son.az xezerxeber.az-a istinadən bildirir ki, saxlanma yerlərinə içərisi su ildə dolu qablar qoyulub.Bu heyvanların olduğu yerdə isə hovuzun içərisi su ilə doldurulub.Məqsəd heyvanları istidən qorumaq və onların sərinləməsini təmin etməkdir.

Bakı Zooloji parkında heyvanların istidən qorunması üçün müxtəlif şərait yaradılıb.Zooparkda xüsusilə də qiyməti baha olan heyvanlar ciddi nəzarət altında saxlanılır.Zooloji parkın dierktoru Azər Hüseynov deyir ki,buradakı bəzi heyvanlartəbiiətcə soyuq ölkələrdə yaşayıblar.Belə heyvanlardan biri amur pələngidir ki,onun da qəfəsində sərinləməsi üçün hovuz su ilə doldurlub.Hətta zooparkda ilanların istidən qorunması üçün də şərait yaradılıb.

Azər Hüseynovun sözlərinə görə,havanın xüsusilə isti keçdiyi günlərdə heyvanları istidən qorumaq üçün adətən onların su hovuzları gün ərzində iki-üç dəfə yenilənir. Bakı zooparkının əlverişli yerdə yəni kiçikdə olsa meşə ilə əhatə olunması da orada olan heyvanların istidən qorunmasına kömək olur.Bununla yanaşı, Ağac olmayan qəfəslərdə süni ağac və budaqlar yerləşdirilərək müəyyən şərait qurulub.


Xəbərə aid video