Müsəlman xilafətinin paytaxtı hansı şəhərlər olub?


Digərləri 16 İyn 2018 21:10:00 301 0

Müsəlman xilafətinin paytaxtı hansı şəhərlər olub?

İslam xilafətinin tarixi boyunca bir neçə şəhərin paytaxt kimi tanındığının şahidi oluruq.

Son.az islam.az-a istinadən bildirir ki, Peyğəmbərin (s) və ondan sonrakı üç xəlifənin zamanında Mədinə şəhəri müsəlman dövlətinin mərkəzi idi. İmam Əli (ə) öz hakimiyyəti dövründə İraq və Şam torpaqlarında apardığı müharibələrə nəzarət edə bilmək üçün paytaxtı döyüş səhnəsinə yaxın yerə - Kufə şəhərinə köçürdü. Əməvilərin hakimiyyəti zamanı Dəməşq şəhəri xilafətin paytaxtı oldu. Abbasilər Bağdad şəhərini inşa edib paytaxtı ora köçürdülər. Abbasi xilafətində türklərin təsir gücü çoxaldığı mərhələlərdə İraqdakı Rüsafə şəhəri paytaxt rolunu oynamış, dah sonra yenidən Bağdadın mövqeyi möhkəmlənmişdi.