Göyçay çayı üzərindəki körpü bərpa edilir VİDEO


Digərləri 16 İyn 2018 21:19:00 276 0

Göyçay çayı üzərindəki körpü bərpa edilir  VİDEO

2 həftə əvvəl sel sularının uçurduğu körpüdə təmir-bərpa işləri sürətlə davam etdirilir. Körpünün 10 günə kimi istifadəyə verilməsi nəzərdə tutulub.

Ağır texnikalar və xeyli canlı qüvvə əraziyə cəlb edilib. Körpüdə təmir işləri davam etdirilir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, görüntülər Göyçay çayı üzərindəki körpüdəndir. 2 həftə əvvəl sel sularının uçurduğu körpüdə bərpa işləri sürətlə gedir. İşlərə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin və "Körpübinatikinti" ASC-nin tikinti briqadaları cəlb olunub. Hazırda ərazidə çaya qədər olan hissədəki torpağın preslənməsi işləri görülür.

Əhalinin Göyçay çayı üzərindən piyada keçidinin təmin olunması üçün şəhərin şimalındakı köhnə asma körpüdə təmir-bərpa işləri aparılıb və orada insanların təhlükəsiz hərəkəti üçün şərait yaradılıb. Nəqliyyat vasitələri üçün olan körpünün isə 10 günə kimi təhvil verilməsi nəzərdə tutulub.


Xəbərə aid video