Fuad Poladovla özəl fotolarını paylaşdı FOTO


Digərləri 16 İyn 2018 20:34:00 319 0

Fuad Poladovla özəl fotolarını paylaşdı  FOTO

Dünən Xalq artisti, mərhum sənətkar, əfsanəvi aktyor Fuad Poladovun qırx mərasimi olub.

Son.az publika.az-a istinadən xəbər verir ki, əməkdar artist Mehriban Zəki həmkarını və əziz dostunu sosial şəbəkədə yad edib. M.Zəki Fuad Poladovla baş rollarda oynadığı "İvan Buninin Sonuncu döyüşü" tamaşasının məşq prosesində çəkilən şəkilləri paylaşıb və ürək sözlərini belə ifadə edib:

"Səhv etmirsəmsə, 2007-ci il idi. "İvan Buninin sonuncu döyüşü" tamaşasının məşqi. Mən - Banin, Fuad müəllim - Bunini oynayırdı. Biz birlikdə işləmişik, düşünə bilməzdik ki, 11 il sonra (prinsipcə bu böyük müddət deyil) Fuad Poladov xatirəyə çevriləcək. Fuad müəllim mən sizi heç vaxt unutmayacağam".