Baş ağrıları, sonsuzluq, cinsi istəksizlik varsa...


Digərləri 16 İyn 2018 19:50:00 354 0

Baş ağrıları, sonsuzluq, cinsi istəksizlik varsa...

Prolaktin yüksəlməsi qadınlar arasında sıx rast gəlinən endokrin problemlərdən biridir. Tibbi dildə hiperprolaktinemiya adlanır. Prolaktin süd əmələ gəlməni təmin edərək, hamiləlik və süd vermə zamanı artaraq süd vəzlərindən südün ifraz olunmasını gerçəkləşdirir.

Son.az medicina.az-a istinadən bildirir ki, endokrinoloq Nadirə Ağazadənin sözlərinə görə, prolaktin həm hər hansı bir xəstəlik nəticəsində, həm də xəstəlik olmayan hallarda arta bilər:

"Prolaktin hormonu fizioloji olaraq, yəni heç bir xəstəlik olmadan - hamiləlik, süd vermə zamanı, yuxu, yüksək proteinli qidalar qəbul edildikdə, stress, idman, məmə ucu stimulyasiyası zamanı artır. Yuxarıda sadaladığımız hallarda prolaktin yüksəkliyi normal sayılır və heç bir müalicə tələb etmir. Patoloji hallarda isə ən çox - müəyyən qrup dərman preparatlarinin qəbulu - Tiroid vəzinin yetməzliyi (hipotireoz) - Prolaktinomalar zamanı prolaktin yüksəkliyi görülür". Endokrinoloq, prolaktin yüksəkliyi zamanı meydana gələn şikayətlərdən də danışıb.