Ulduz falına inanmaq küfrdür


Digərləri 16 İyn 2018 19:40:00 300 0

Ulduz falına inanmaq küfrdür

Münəccimlik və ya ulduz falı göydə baş verən hadisələrin yerdə olacaq məsələlər ilə əlaqələndirilməsinə deyilir. Rəvayət edilir ki, Zeyd ibn Xalid əl-Cuhəni (Allah ondan razı olsun) belə demişdir: "Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Hudeybiyədə gecə ikən yağmış yağışdan sonra bizə sübh namazını qıldırdı və nama­zı bitirdikdən sonra üzünü camaata çevirib soruşdu: "Bilirsinizmi, Rəbbiniz nə buyurdu?" Əshabələr (Allah onlardan razı olsun): "Allah və Onun elçisi daha yaxşı bilir" - dedilər.

Son.az zikr.az-a istinadən bildirir ki, Pey­ğəm­bər (salləllahu aleyhi və səlləm) dedi: "Allah buyurdu: "Qullarımdan bir qismi mömin, digər qismi isə kafir oldu. "Bizə Allahın lütfü və mərhəməti sayəsində yağış göndəril­miş­dir" - deyənlə­rə gəlincə, onlar Mənə iman gətirmiş və ulduzları inkar etmişlər. "Yağış bizə filan və filan ulduz­a görə na­zil ol­muş­dur" - deyənlərə gəldikdə isə, onlar Mənə küfr et­miş və ulduzlara iman gətirmişlər". (əl-Buxari, 846).