Ronaldunu Rusiyada çox ciddi qoruyurlar


Dünya 16 İyn 2018 14:04:00 307 0

Ronaldunu Rusiyada çox ciddi qoruyurlar

Rusiyada keçirilən dünya çempionatında İspaniya yığmasının qapısına dünənki het-trikin müəllifi Kriştianu Ronaldunun təhlükəsizliyini keçmiş MMA döyüşçüsü Qonsalo Salqado və öküz əhliləşdiricisi Nunu Marekoş təmin edirlər.

Son.az virtualaz-a istinadən xəbər verir ki, hər iki mühafizəçi peşəkardır və uzun illərin təcrübəsinə malikdir. Salqado və Marekoş eyni "kontorda" çalışırlar və dünyanın ən yaxşı oyunçusunu üç həftə əvvəl Kiyevdə Çempionlar Liqasının finalında da müşayiət ediblər. Onlar orada matçdan sonra hətta meydana da çıxıblar.

Qeyd edək ki, son bir neçə ayda Kriştianu İŞİD-dən ölüm təhdidləri alırdı və bu səbəbdən də onda Ukraynaya, indi isə Rusiyaya müdafiəsiz yollanmağa risk etməyib.