İnsanları qoxusu ilə oyadacaq "ağıllı" zəngli saat yaradılır


Digərləri 16 İyn 2018 08:25:00 274 0

İnsanları qoxusu ilə oyadacaq "ağıllı" zəngli saat yaradılır

İnternetdə qeyri-adi zəngli saat layihəsi üçün pul toplanmasına başlanılıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, "Sensorwake Trio" adlanan yeni zəngli saat üçün 30 min dollar vəsait toplanması planlaşdırılır.

Amma ideyanı dəstəkləyənlərin sayı gözləniləndən dəfələrlə artıq olub - elan olunduqdan sonrakı 3 saat ərzində 12 min dollar toplanılıb. Yeniliyin qiymətinin isə 79 dollar təşkil edəcəyi gözlənilir.