Rəqəmli transformasiya xərcləri 1 trilyon dolları ötəcək


Digərləri 16 İyn 2018 08:15:00 242 0

Rəqəmli transformasiya xərcləri 1 trilyon dolları ötəcək

"International Data Corporation" (IDC) tədqiqat şirkəti 2018-ci ildə biznes və məhsulların rəqəmli transformasiyasını təmin edən texnologiya və servislər üçün dünya xərclərinin 2017-ci ildəki 958 milyard dollardan 16,8 faiz - 1,1 trilyon dollaradək artacağını proqnozlaşdırır.

Son.az ICTnews-a istinadən bildirir ki, rəqəmli transformasiya üçün xərclərin əksər hissəsi diskret və fasiləsiz istehsal müəssisələrinin payına düşəcək. Həmçinin belə şirkətlər oxşar layihələrin həyata keçirilməsi üçün prioritet, proqram və ssenariləri müəyyənləşdirəcək.

Ekspertlərin proqnozuna görə, 2018-ci ildə istehsal müəssisələri tərəfindən rəqəmli islahatları təmin edən həllərə 333 milyard dollar sərf olunacaq. Bu, dünyada belə təşəbbüslər üçün ümumi xərclərin təxminən 30 faizini təşkil edəcək.

Texnologiyalar baxımından iri xərc kateqoriyaları əlavələr, kommunikasiya servisləri və İT xidmətləri olacaq. Çünki istehsalçılar rəqəmli platformaları rəqəmli iqtisadiyyatda rəqabət qabiliyyətini dəstəkləmək üçün qururlar.