Qocaya da baxacaq, cavana da, uşağa da… Araşdırma


Digərləri 15 İyn 2018 23:25:00 443 0

Qocaya da baxacaq, cavana da, uşağa da…  Araşdırma

Ekspertlər ailə həkiminin xəstələrin işini rahatlaşdıracağını, xəstəlikləri azaldacağını düşünürlər 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Ailə həkimi məsələsi əslində bizə tanışdır. Amma icbari sığortanın gündəmə gəlməsi ilə bu, daha da aktuallaşdı. Azərbaycan Tibb Universitetində (ATU) "Ailə həkimi" ixtisası üzrə rezidenturaya qəbul keçirilməsi ilə bağlı qanun layihəsi üzərində işlənilir. Əgər qanun qəbul olunsa, rezidenturaya qəbulda belə bir ixtisas da olacaq. Rezidenturanı bitirənlər "ailə həkimi" ixtisasına yiyələnəcəklər. Yəni, artıq bizim də "ailə həkimi"miz olacaq.

Bəs bu "ailə həkimi" bizim üçün hansı üstünlükləri gətirəcək? Sağlam ailənin formalaşmasında "ailə həkimi"nin rolu nə dərəcədə olacaq?

12-13 istiqamətdə ixtisaslaşacaqlar

Tibb Universitetinin Rezidentura və magistratura şöbəsinin müdiri Rivzan Məmmədov deyir ki, bu, hələlik bir layihədir, üzərində iş gedir: "Bizdə daxili xəstəliklər şöbəsi var, o, dəyişib terapiya və daxili xəstəliklər adlandırılacaq. Ümumilikdə isə ailə həkimliyi özündə bütün xəstəliklərlə bağlı ilkin yardımı cəmləşdirir. Bizdə "ailə həkimi"nin nəyi bacarması ilə bağlı proqram hazırlanır. Ambulator səviyyəsində ilkin yardımı göstərmək, diaqnoz qoyub lazım olan istiqamətdə həkimə yönləndirmək onların əsas fəaliyyətinə daxildir. Ümumilikdə isə onlar 12-13 istiqamətdə ixtisaslaşacaqlar. Kardiologiyadan tutmuş pediatriyaya qədər. Endokrinologiya, revmatologiya, qastroenterologiya və s. hamısı ora daxil olacaq".

Can həkimi

Mövzu ilə bağlı Azərbaycan Tibb Universitetinin Ailə təbabəti kafedrasının müdiri, əməkdar həkim Mustafa Salihovla da həmsöhbət olduq. O bildirdi ki, "ailə həkimi" əslində illər öncə bizdə aktual olan "can həkimi"dir: "Bu həkimlər ailədə yaş, xəstəlik fərqi olmadan hər kəsin sağlamlığına xidmət edəcəklər. Qocaya da baxacaq, uşağa da, cavana da. Bu o demək deyil ki, dar ixtisas həkimlərindən imtina etməliyik. Qətiyyən. Amma birinci sözü, məsləhəti "ailə həkimi" deməlidir.

Bunun əvvəllər adı "can həkimi" idi. O da "ailə həkimi" kimi idi. Heç kim demirdi ki, terapevt çağır, deyirdilər ki, "can həkimi" çağır mənə baxsın. "Can həkimi" elə "ailə həkimi" kimi fəaliyyət göstərirdi. İndi biz köhnə məsələlərə qayıtmışıq. 1990-cı ildən bu işlə məşğuluq, deyəsən axıra çatırıq. 1990-cı ildə terapevtlərin birinci qurultayını keçirdik, mən onda ölkənin baş terapevti idim. Çıxışımın birinci nöqtəsi o oldu ki, vaxt gələcək, ailə həkiminin vacibliyi ortaya çıxacaq, ona görə ailə həkimi hazırlamalıyıq. İndi də o vaxt gəlib. Rayon yerlərində, kənd xəstəxanalarının çoxunda ailə həkimləri fəaliyyət göstərir. Uşağa da baxır, böyüyə də. Şəhərdə isə bu məsələni axıra kimi çatdırmamışıq. Əminəm ki, rezidenturaya qəbul tətbiq edilsə, buna da nail olacağıq".

Xəstəliklərin miqdarı azalmalıdır


Xəbərə aid fotolar