Tramp Kim Çen Inın Ağ Evə dəvət ediləcəyini istisna etməyib


Digərləri 15 İyn 2018 23:25:36 370 0

Tramp Kim Çen Inın Ağ Evə dəvət ediləcəyini istisna etməyib

ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın Ağ Evə dəvət ediləcəyini istisna etməyib

Bakı. ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın Ağ Evə dəvət ediləcəyini istisna etməyib. Trend-in məlumatına görə, bunu ABŞ prezident "Fox News" telekanalına müsahibəsi zamanı bildirib. D.Tramp deyib: "Aramızda yaxşı münasibət yarandı və mən bilmirəm, bunu demək siyasi cəhətdən nə qədər düzgündür, amma bu baş veridi. Onlar artıq raket mühərriklərini sınaqdan keçirdikləri obyekti partladıblar. Onlar bizə orada həlak olan qəhrəmanlarımızın qalıqlarını qaytarılır".