Nazir müavini: "TANAP Gürcüstanın tranzit potensialını artıracaq"


Digərləri 15 İyn 2018 21:50:00 361 0

Nazir müavini: "TANAP Gürcüstanın tranzit potensialını artıracaq"

"Gürcüstan Xəzər dənizinin neft-qaz resurslarının Avropa İttifaqı bazarına çatdırılması üçün əsas tranzit ölkədir".

Son.az APA-ya istinadən bildirir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Gennadi Arveladze Batumidə keçirilmiş "Gürcüstanın Avropa yolu" beynəlxalq konfransında deyib.

O, Gürcüstanın tranzit həcminin, xüsusən də təbii qaz tranzitinin həcminin artırılmasında maraqlı olduğunu qeyd edib: "Gürcüstan Şah Dəniz layihəsinin ikinci mərhələsinin, Cənubi Qafqaz qaz kəməri, TAP və TANAP layihələrinin inkişafını dəstəkləyir".