Azərbaycan iqtisadiyyatı bir faizdən çox artıb


Digərləri 15 İyn 2018 21:10:00 303 0

Azərbaycan iqtisadiyyatı bir faizdən çox artıb

2018-ci ilin yanvar-may aylarında Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 29,29 milyard manata yaxın təşkil edib ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz çoxdur.

Son.az bildirir ki, Trend bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir.

Adambaşına düşən ÜDM 2 991,1 manata bərabər olub.

Hesabat dövründə ölkənin qeyri-neft sektorunda istehsal olunmuş ÜDM ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz artıb, neft-qaz sektorunda isə artım qeydə alınmayıb.