Merilin Monronun öldürülməsi şübhəsini artıran 10 fakt


Digərləri 15 İyn 2018 20:37:00 500 0

Merilin Monronun öldürülməsi şübhəsini artıran 10 fakt

Hollivud ulduzu Merilin Monro 1962-ci il, 5 avqustda dünyasını dəyişib. Aktrisanın ölüm səbəbi kimi rəsmi sənədlərdə yüksək dozada narkotik qəbul etməsi göstərilir. Ancaq Monronun öldürülməsi iddiaları illərdir gündəmdən düşmür.

Son.az "qafqazinfo"-ya istinadən bu iddiaları gücləndirəcək 10 mühüm faktı təqdim edir: 

İddiaya əsasən, Monro pentobarbital maddəsinin yüksək dozasından ölüb. Ancaq cəsədin müayinəsi zamanı aktrisanın bədənində hazırda evtanaziyada istifadə edilən həmin maddənin heç bir izinə rastlanmayıb. Həkimlər bunu onunla izah ediblər ki, pentobarbital narkomanın qanında adi insandan fərqli olaraq, daha tez həll olur. 

Merilinin öldüyü gecə qulluqçusu dərhal bütün yataq örtüklərini yuyub. Hadisə yerinə gələn polis serjantı Cek Klemmons bildirib ki, qulluqçu Yunis Mürrey özünü çox qəribə aparıb və inadla ifadə vermək istəməyib. Bu isə onun nəyisə gizlətməsi şübhəsini doğurub. 

Monro öldüyü gün bütün dostlarına və tanışlarına zəng vurub. Onlardan biri də Con F.Kennedinin qaynı Piter Louford da olub. Onun sözlərinə görə, Meirlin narkotikin təsiri altında olub. Ancaq həkimlər və şahidlər israrla aktrisanın bədənində hər hansı maddə izinə rast gəlmədiklərini bildiriblər. 

1970-ci illərədək hakimiyyət sui-qəsd iddiası ilə bağlı insanları susdurmağa çalışıb. Aktrisanın öldürülməsi ilə bağlı ilk dəfə Norman Meyler danışıb. O, Monronun məhz ABŞ prezidenti ilə olan münasibətinin onun kədərli sonu olduğunu deyirdi. Ancaq hökumət tərəfdarları tezliklə Meyleri də susdurmağı bacardı. 

1975-ci ildə jurnalist Entoni Skadutonun qalmaqallı məqaləsi dərc olunur. O, Monronun Con Kennedi və qardaşının göstərişi ilə öldürüldüyünü bildirirdi. 


Xəbərə aid fotolar