Məktubun nadir nüsxəsi Vatikana qaytarılıb


Digərləri 15 İyn 2018 19:44:00 274 0

Məktubun nadir nüsxəsi Vatikana qaytarılıb

Sözügedən nümunə Vatikan kitabxanasından oğurlanaraq saxtası ilə əvəz olunmuşdu

ABŞ səfiri Kallista Qinqriç cümə axşamı Xristafor Kolumbun XV əsrin sonlarında yazdığı məktubunun ilk nüsxələrindən birini Vatikan kitabxanasına təhvil verib.

Son.az report.az-a istinadən bildirir ki, sözügedən nümunə Vatikanın apostol kitabxanasından oğurlanaraq saxtası ilə əvəz olunmuşdu.

"Associated Press"in məlumatına görə, bu, son illər ərzində geri qaytarılan üçüncü belə məktubdur.