Mətanət özündən çıxdı: “Kişini necə qızışdırdılarsa…”


Şou-biznes 15 İyn 2018 16:23:00 271 0

Mətanət özündən çıxdı: “Kişini necə qızışdırdılarsa…”

Müğənni Mətanət Əsədova bəzi aparıcılardan narazılıq edib.

Son.az xəbər verir ki, yenicag.az-a açıqlama verən sənətçi onların ara qarışdırdığını bildirib:

"Bəzən olmayan sözlərlə sənət adamlarını bir-birinə qarşı qoyurlar. Elə böyük sənətkar Rəmişlə aramı da onlar vurmağa çalışdı. Birinin üstünə beşini qoyub dedilər, kişini özündən çıxardılar. Yoxsa ki, Rəmiş həmişə məni tərifləyib, sənətimə hörmətlə yanışıb. Mənə yaraşmaz ki, onun sözünün qabağına söz deyim. Onda günah yoxdur, günah onu qızışdıranlardadır".