Gələcəyi gözləyən İQ təhlükəsi İnsanlar getgedə axmaqlaşır


Digərləri 15 İyn 2018 07:07:00 277 0

Gələcəyi gözləyən İQ təhlükəsi  İnsanlar getgedə axmaqlaşır

Norveçli elm adamları insanların intellektual istedadlarının azalmağa başladığını təsbit edib.

Son.az xəbər verir ki, alimlərin apardığı İQ test araşdırmaları insanların zəka səviyyəsinin aşağı düşdüyünü üzə çıxarıb.

"Medical Xpress" portalının xəbərinə görə, norveçli mütəxəssislər 1970-2009-cu illərdə hərbi xidmətə çağırılan insanların İQ testinin nəticələri üzərində araşdırma aparıb. Toplamda 730 000 testin nəticələri incələnib.

20-ci əsrin ilk yarısı boyunca müşahidə edilən İQ artımı "Flynn təsiri" adını alıb. Bu fenomeni açıqlamaq üçün bir neçə teoriya önə sürülüb. Teorik olaraq insanların "ağıllanmasına" təsir göstərən faktorlar arasında qidalanma, sağlamlıq və təhsilin yaxşılaşdırılması göstərilib.

Ancaq norveçli mütəxəssislərin son araşdırması bu təsirin tərsinə çevrildiyini ortaya qoyub.