Allahın günahkar bəndələrinə olan məhəbbəti


Digərləri 14 İyn 2018 23:55:00 294 0

Allahın günahkar bəndələrinə olan məhəbbəti

İnsan gərək heç zaman Uca Allahın qarşısında olduğunu unutmasın. Rəhmətlik İmam (r) bu barədə buyurur: "Bilin ki, sizin diliniz, sizin qəlbiniz, sizin gözünüz, sizin qulağınız Allahın hüzurundadır. Aləm - Allahın dərgahıdır. Allahın dərgahında Allahın günahını etməyin. Allahın dərgahında batil və fani şeylər üçün bir-birinizlə dava etməyin. Allah üçün iş görün. Allah üçün irəli gedin!".

Son.az deyerler.org-a istinadən bildirir ki, Allah Təalanın rizvanına çatmağın yolları ilə tanış olaq. İmam Muhəmməd Təqi (ə) buyurur: "Üç şey Allah Təalanın rizvanına çatmağa səbəb olar:

1. Günah və xatalara görə çoxlu istiğfar etmək və peşmançılıq göstərmək.

2. Təvazö əhli olmaq.

3. Sədəqə vermək və çoxlu xeyir işlər yerinə yetirmək".