Bakının ilk “Sleepbox”u... FOTO


Digərləri 14 İyn 2018 23:41:00 237 0

Bakının ilk “Sleepbox”u...   FOTO

Artıq dünyanın bir çox ölkələrində "Sleepbox", yəni "yuxu qutusu" mövcuddur. Bu cür qutular əsasən beynəlxlaq hava limanlarında, vağzallarda bəzən də böyük alış-veriş mərkəzlərində quraşdırılır.

Bəs, "Sleepbox" hansı xidmətləri təklif edir?

Qeyd edək ki, ilk dəfə bu cür "yuxu qutusu" 2011-ci ildə Moskvadakı hava limanında quraşdırılıb. Bu qutunu ilk görənlər otağın içərisini məşhur "Beşinci element" filmindəki otaqlara bənzədirdilər. Bu qutunun yaradılmasında məqsəd təyyarə gözləyən və yaxud uçuş saat dəyişdirilən sərnişinlərin rahat şəkildə istirahət edə bilməsidir.

Sərnişinlər bu qutularda rahat şəkildə müəyyən edilmiş saata qədər istirahət edə, kompyuter, televizordan istifadə edə bilir. Təkcə sərnişinlər deyil, bəzən turistlər də gecəni sərfəli, səliqəli, təhlükəsiz otaqda keçirmək üçün ondan istifadə etməyə çalışır. Xidmət üçün ödəniş istifadəyə görə dəyişir. Məsələn, əgər istifadəçi bir neçə saatlığa otağı kirayəyə götürərsə, hər saat başına düşən dəyər azaldılır. Otaqlarda günorta hava 24, axşam isə 22 dərəcə olur.

Bir sıra isti iqlimli ölkələrdə hətta liman və vağzallarda deyil, açıq məkanlarda da bu cür qutular fəaliyyət göstərir. Yaponiyadakı "Sleepbox"lar daha qeyri-adi və inanılmazdır. Bu qutular Yaponiyada "kapsula otaq" adlanır. Qutularda bir gecəlik qalmaq 20-40 dollara başa gəlir. Buradakı fərq qutularda ayrıca tualet və duş otağının olmasıdır.

Hətta ikiotaqlı qutular da var ki, bu da ailəvi qalmaq üçün nəzərdə tutulub. Şəxslər burada yata, kompüterdən istifadə edə, kitab oxuya bilərlər. Digər fərq isə qadın və kişi üçün ayrıca "kapsula otaq"ların olmasıdır. Hər qutunun üzərində yaşıl və ya qırımızı işıq olur. Yaşıl işıq - qutunun boş olduğunu, qırımızı işıq isə qutunun kirayələndiyini göstərir.

Sevindirici haldır ki, artıq Bakıda da "Sleepbox" mövcuddur. Belə ki, ötən ilin mart ayında Bakı Dəmiryolu Vağzalının gözləmə zalının ikinci mərtəbəsində bu qutudan yerləşdirilib. Həmin vaxt qurumdan mətbuata verilən məlumata görə şəxslər 1 saat üçün 10 manat ödəniş etməklə qutunun xidmətlərindən istifadə edə bilər. Hətta 1 ədəd olan "Sleepbox"dan istifadə artarsa, gələcəkdə sayının da artırılacağı deyilirdi.


Xəbərə aid fotolar