Süni intellekt ilk dəfə olaraq film çəkdi VİDEO


Digərləri 14 İyn 2018 23:46:00 372 0

Süni intellekt ilk dəfə olaraq film çəkdi  VİDEO

Süni intellekt təkcə mürəkkəb riyazi misalların həlli və hesablamaların aparılmasında, müxtəlif elmi kəşflərdə insanlara kömək etmir, eyni zamanda tədricən incəsənətdə də öz sözünü deyir.

Son.az oxu.az-a istinadən bildirir ki, buna qədər ssenari yazan, mahnı bəstələyən süni intellekt bu dəfə əsl bədii film ərsəyə gətirib.

"Cetson" adlı süni intellekt özünə "Bencamin" adını seçib.  Bencaminin çəkdiyi film ilk baxışdan qorxulu kino təsiri bağışlayır.

Süni intellekt bundan əvvəl Tomas Midlditçin baş rolu ifa etdiyi "Sunspring" elmi-fantastik filminin ssenarisini yazıb.  Bunun üçün əvvəl o bir neçə yüz real film ssenarisini analiz edib.

Rejisyor kürsüsünə qalxmazdan əvvəl alimlər süni intellektə bir qədər fərqli yanaşma tətbiq ediblər. Bencaminə dialoqların mənası, qısa səhnələrin təsviri və ümumi fabula ilə bağlı bir neçə ipucu verilib.


Xəbərə aid video