Pərviz Şahbazov TANAPla bağlı danışdı TANAPa


Digərləri 14 İyn 2018 21:14:00 288 0

Pərviz Şahbazov TANAPla bağlı danışdı  TANAPa

TANAP elə bir enerji layihəsidir ki, təkcə onu irəli sürən dövlətlərə deyil, eyni zamanda ona illər sonra qoşulacaq ölkələrə də böyük faydalar gətirəcək. Buna görə bu layihə avrasiya məkanında enerji xəritəsinin əsas istiqaməti olmaqla yanaşı, həm də yeni əməkdaşlıq formatı da yaratmış oldu.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, energetika naziri Pərviz Şahbazov TANAP-la bağlı fikirlərini açıqlayıb.

"Əsrin müqaviləsi"vaxtilə Azərbaycanı çətin iqtisadi durumdan xilas edərək ölkənin varlığını necə qarant altına almışdısa, TANAP layihəsi də müasir Azərbaycanın qüdrətlənməsinin, onun dünyada nüfuzunun daha da artmasının zəmanətidir.

Azərbaycan və Türkiyə dövlətlərinin birgə siyasi iradəsinin nəticəsi kimi reallaşan TANAP cəmi 6 illik qısa bir zamanda ərsəyə gəldi. Ancaq bu nəhəng layihə Azərbaycana təkcə milyardlarla dollar sərvət qazandırmayacaq.TANAP-ın Azərbaycana qazandıracağı siyasi dividentlər heç də iqtisadi qazancdan az olmayacaq. Çünki, TANAP istifadəyə verilməklə Avrasiyanın enerji xəritəsində uzun illər xəyal kimi görünən bir məqsədi reallığa qovuşdurdu. Bu qapalı hövzə hesab edilən Xəzərin karbohidrogen ehtiyyatlarının ən böyük bazarlardan biri olan Avropa istehlakçılarına çatdırılması idi. Bununla Avropa bir mənbədən asılılığa son qoyaraq enerji təhlükəsizliyini təmin etmiş oldu.


Xəbərə aid video