TANAP Türkiyə və Azərbaycan arasında qardaşlığın rəmzidir


Digərləri 14 İyn 2018 21:03:00 221 0

TANAP Türkiyə və Azərbaycan arasında qardaşlığın rəmzidir

Azərbaycan və Türkiyə dünya miqyasında fəal enerji siyasəti aparırlar.

Bu barədə Trend-ə Türkiyənin Energetika və Təbii Ehtiyatlar Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, Transanadolu boru kəmərinin (TANAP) açılışı nəinki Türkiyə və Azərbaycan üçün, eləcə də enerji resurslarının şaxələndirilməsinə ehtiyacı olan Avropa üçün çox mühümdür:

"TANAP Avropanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, Türkiyəni də qismən təbii qazla təchiz edəcək".