Fitrə zəkatının miqdarı nə qədərdir?


Digərləri 14 İyn 2018 20:15:00 392 0

Fitrə zəkatının miqdarı nə qədərdir?

Fitrə zəkatının miqdarı həmin bölgədə daha çox istifadə edilən aşağıdakı ərzaq növlərinin birindən adambaşına ən azı 3 kq. olmaqla hesablanır: buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı. Bu ərzağın qiymətinə uyğun olan məbləğdə pul da verılə bilər (şafii məzhəbinə görə olmaz). Yalnız hənəfi məzhəbində fitrə zəkatının miqdarı buğda üçün adambaşına təqribən 1,5 kq. müəyyən edilib; qalan ərzaq növləri üçün ölçü 3 kq.-dır.

Son.az islam.az-a istinadən bildirir ki, göstərilən miqdar minimal həddir. İnsan öz maddi imkanından asılı olaraq, ya bu ərzaq növləri arasında daha bahalı olanını seçə bilər, ya da fitrə zəkatının miqdarını 3 kq.-dan çox götürə bilər.