Diaspor gənclərinin I Yay düşərgəsi təşkil edilir


Digərləri 14 İyn 2018 18:32:00 264 0

Diaspor gənclərinin I Yay düşərgəsi təşkil edilir

Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi və Gənclər Fondu AXC-nin 100 illiyi münasibətilə xaricdə yaşayan gənc diaspor nümayəndələri üçün diaspor gənclərinin I Yay düşərgəsi təşkil edir.

Bakı. Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi və Gənclər Fondu AXC-nin 100 illiyi münasibətilə xaricdə yaşayan gənc diaspor nümayəndələri üçün diaspor gənclərinin I Yay düşərgəsi təşkil edir. Komitədən Trend-ə verilən məlumata görə, 15-20 avqust 2018-ci il tarixdə təşkil ediləcək düşərgənin məqsədi dünyada yaşayan Azərbaycan əsilli gəncləri bir araya gətirərək diaspor hərakatını gücləndirməkdir.